“İlin sonuna kimi Azərbaycanla sülh sazişini imzalamaq istəyirəm”-PAŞİNYAN

Ermənistan Baş naziri Nikol Paşinyan ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamaq istədiyini deyib.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Paşinyan parlamentdə hökumətlə sual-cavab vaxtında çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, sərhədlərin delimitasiyası üzərində işin sülh sazişinə qədər bitəcəyinə ümid edir.

“Düzünü desəm, bu ilin sonuna qədər imzalanmasını istəyirəm. Bu nə dərəcədə realdır? Bu suala belə cavab verəcəm – mən və hökumət bunun reallaşması üçün hər şeyi edəcəyik”, – Paşinyan əlavə edib.

Xankəndi ilə sualı cavablandıran Paşinyan deyib ki, Azərbaycanla Xankəndi arasında beynəlxalq səviyyədə dialoq olmalıdır. “Qarabağın erməniləri üçün təhlükəsizlik mexanizmləri olmalıdır. Bunu edə bilsək mən şad olaram. Mənim üçün bir məsələ aydındır: Düşmənçilik üzərində olan münasibətlər və hazırkı situasiya idarə olunmasa bu yalnız ziyan gətirə bilər”

 

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.