İlon Mask Azərbaycanda “Starlink” internet peyklərini işə saldı –QİYMƏTLƏR

İlon Mask Azərbaycanda “Starlink” internet peyklərini işə saldı

“SpaceX” şirkətinin “Starlink” layihəsi artıq Azərbaycan üçün də aktiv edilib.

AzPost bildirir ki, bu barədə xidmətin portalında məlumat verilib.

2022-ci ilin dekabr ayında “SpaceX” Bakıda “Starlink Azerbaijan” MMC adlı şirkət qeydiyyatdan keçib.

Azərbaycanlı istifadəçilərin “Starlink” xidmətindən istifaadəsi  üçün şərtlər də açıqlanıb.

Starlink” xidmətindən yararlanmaq üçün Azərbaycanlı istifadəçilər:

– 670 manata “Starlink Standart Kit” əldə etməli
– 50 manat çatdırılma ödənişi etməli
– 100 manat aylıq abunəlik haqqı ödəməlidirlər

Bu xidməti əldə etməklə, Azərbaycanın istənilən yerində öz “çanağınızı” enerji mənbəyinə bağlamaqla yüksək sürətli peyk internetindən yararlana bilərsiniz

“Starlink” xidməti ABŞ-li məşhur milyarder və novator İlon Maska məxsus “SpaceX” şirkəti tərəfindən həyata keçirilir. Şirkət tərəfindən orbitə buraxılan minlərlə peyk vasitəsilə dünyanın istənilən nöqtəsinə yüksək sürətli internet çıxışı təmin edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.