“İlon Mask “gələcək alverçisidir”, gələcək cazibədar olarsa yaxşı satılır” –Süni İntellekt barədə alimlər nə düşünür? /MÜSAHİBƏ

Bu gün  süni intellektin (AI) şüurumuzda dünənə qədər hökmran olmuş əvvəlki hadisələri -Bermud Üçbucağını,”Qar adamı” barədə müzakirələri arxa plana atmasının şahidi oluruq. Yeni inancın tərəfdarları deyirlər ki, 20 ildən sonra kino və ya teatr olmayacaq, ancaq yer üzündə həyatı cənnətə çevirəcək süni intellekt olacaq. Digərləri əlavə edir ki, süni intellekt kino və teatrda dayanmayacaq, bəşəriyyəti əsarət altına alacaq.

Süni intellektdən nə gözləyə bilərik: parlaq yoxsa dəhşətli gələcək?  Bu barədə texnika elmləri doktoru, dosent, Rusiya Elmlər Akademiyasının “İnformatika və Nəzarət” Federal Tədqiqat Mərkəzinin şöbə müdiri, “Smart Engines” şirkətinin baş direktoru Vladimir Arlazarov və onun həmkarı, Smart Engines şirkətinin texniki direktoru, texnika elmləri doktoru təsvirin emalı, texniki görmə və hesablama tomoqrafiyası sahəsində aparıcı rus alimi Dmitri Nikolaev “Komsomolskaya Pravda”ya maraqlı müsahibə verib.

Azpost.info müsahibəni oxucularına təqdim edir:

 

– İlon Mask dəfələrlə deyib ki, süni intellekt bəşəriyyət üçün əsas təhlükədir. Amma bu yaxınlarda “Süni intellektlə bağlı böyük müzakirələr” adlı konfrans zamanı o, fikrini dəyişərək dedi ki, əslində hər şey o qədər də pis deyil. Süni intellektin sivilizasiyanı məhv etmə şansı 10-20 faizi ötmür. Niyə Mask özünü bu qaydada təkzib edir?

Nikolayev: – Əgər süni intellektlə bağlı qızğın müzakirələrə diqqətlə baxsanız, görə bilərsiniz ki, ehtiraslar və qarşılıqlı anlaşılmazlıq ona görə baş verir ki, cəmiyyətdə müxtəlif istəkləri və müxtəlif anlayış səviyyələrinə malik üç qrup insan var. Birinci qrup ucuz AI-nin yüksək maaşlı işçi kateqoriyalarını əvəz etməsini istəyən şərti kapitalistlərdir. Buna görə də, xüsusilə, böyük dil modelləri (məşhur ChatGPT onlardan biridir) proqramlaşdırma üçün uyğunlaşdırılmışdır. Axı, kapitalistin proqramçıya ödədiyi əmək haqqının miqdarı onu qəti şəkildə qane etmir.

Arlazarov: – Əslində bu, normal haldır. Hər bir baş direktor daha çox qazanmaq və daha az xərcləmək istəyir. Odur ki, işçilərin maaşlarına baxır və görür ki, məsələn, paketçi saatda 5 dollar, proqramçı isə saatda 300-400 dollar alır. Sonra adamlar gəlib ona deyir ki, biz bu baha işləyən proqramçını ucuz texnologiya ilə əvəz edə bilərik. Təbii ki, iş adamı bu layihəyə pul yatıracaq.

Nikolayev: – İkinci təsir qrupu məmurlardır. Onların həyatı iqtisadi cəhətdən fərqli qurulub. Bu qüdrətli insanlar qrupu idarəetmə proseslərini süni intellektlə əvəz etməyin mümkün olacağı vədləri ilə aldanır. Onların fikrincə, bu zaman heç nə eləmədən yaxşı maaş ala bilərsən. Maraqlıdır ki, nədənsə məmurlar vasitəçi kimi qalacaqlarına ümid edirlər. Məmurlar ChatGPT-dən soruşacaqlar: “Rusiyada işləri necə təşkil edə bilərik?” Sonra vətəndaşlara elektron orakulun verdiyi cavabları deyəcəklər.

– Bəs üçüncü qrup?

Nikolaev: – Bunlar öz həyatlarını yaşayan adi insanlardır. Onlar üçün AI obrazı zaman maşınının obrazıdır. Hamımız həyatımızda həqiqətən gözəl bir gələcəkdə olmaq istəyirik. Əksər hallarda süni intellekt satıcıları gələcəyimizi sataraq bizə onun şəklini çəkirlər. Amma gələcək ya böyük, ya da dəhşətli olarsa yaxşı satılır. Heç kim ofisdəki adi boz bir gün kimi boz gələcək istəməz. Bu məsələ barədə gedən çılğın mübahisə sadəcə olaraq, artıq guya astanada olan tamamilə parlaq və sehrli gələcək ətrafında olan şəxsi mübahisələrdir. Buna görə də Elon Mask bu qədər asanlıqla bir-birinə əks olan fikirlər söyləyə bilir.

– Belə çıxır ki, Elon Musk obıvateldir?

Arlazarov: – Bu müzakirələrdə o özünü adi insan kimi aparır. Çünki insana xas olanlar ona yad deyil. Digər tərəfdən, o, texnoloji milyarderdir. Süni intellekt sahəsində dövriyyədə olan pulun bir hissəsi İlon Maskın puludur (məsələn, ChatGPT-nin yaradıcısı olan Open AI şirkəti Musk tərəfindən təsis edilib). Ona görə də adi bir insan kimi tez-tez “rəis, alınmadı!” ruhunda bəyanatlar verir, digər tərəfdən də belə çıxışlardan sonra onun AI inkişaf etdirən şirkətlərinin səhmlərinin aşağı düşdüyünü görür. Bundan sonra birinci dediyinin əksinə bəyanatlar verməyə məcbur olur. Onun tərəddüdünün səbəbi, daha doğrusu, biznes maraqları müstəvisindədir.

Hər kəs süni intellektin mövcud olduğunu düşünür. Amma o yoxdur!

Nikolayev – Eyni zamanda, “gələcək alverçisi” kimi Mask bilir ki, özünü təkzib etməsi  qorxulu deyil. Dəhşətli və ya gözəl bir gələcəyi deyil, həyatın dəyişməyəcəyi, sabahın dünənki kimi olacağı bir gələcəyi satmaq qorxuncdur. Bu gələcək satış üçün deyil.

Arlazarov: – Baxmayaraq ki, sadə insanlar üçün bundan da dəhşətli şeylər var.

– Hansı?

Arlazarov: – Məsələn, hamı süni intellektin mövcud olduğunu düşünür. Amma o, mövcud deyil.

– Necə deyil? Bəs klinikalarda işləyən sürücüsüz avtomobillər və diaqnostika alqoritmləri?

Arlazarov: – Bilirsinizmi ki, IBM korporasiyasının ən böyük uğursuzluqlarından biri süni həkim “Vatson” olub? Hamını inandırdılar ki, bu qüsursuz kompüter hər şeyi həkimdən yaxşı bilir. Həkimlər bununla razılaşmasalar da, aparatın təklif etdiyi diaqnozları qoydular. Sonra məlum oldu ki, Watson öldürür.

– Yəni düzgün olmayan diaqnozlar qoyur?

– Tamamilə doğrudur. Maşın səhvlərə yol verdi və bununla da xəstələri öldürdü. Layihə bağlandı. Bu cür diaqnostika sistemlərinə inam səviyyəsi kəskin şəkildə aşağı düşdü. Həm də təkcə xaricdə deyil. Rusiyada diaqnostik dəstək, xüsusən də onkologiya ilə məşğul olan startaplarda bum var idi. Cəmi bir neçə ay əvvəl tənzimləyicilər hər kəsin reklam etdiyi məhsullardan birini  qadağan etdilər.

– Botkin.AI proqramını nəzərdə tutursunuz?

Arlazarov. – Bəli. Görürsünüz ki, süni intellektə gəldikdə, biz tez-tez anlayışların əvəzlənməsini ilə qarşılaşırıq Süni intellekt böyük texnologiyadır. Ancaq texnologiya sizi heç bir yerə aparmayacaq.

– Nə mənada?

Nikolayev: – Təsəvvür edin ki, sizdə daxili yanma mühərriki texnologiya var. Motora minib hər hansı ölkəyə getmək olar? Əlbəttə yox. Sizə daxili yanma mühərriki ilə heç bir əlaqəsi olmayan milyonlarla hissədən ibarət avtomobil lazımdır. Bizə yanacaqdoldurma məntəqələri şəbəkəsi və geniş xidmət mərkəzləri şəbəkəsi lazımdır. Bizə minik və yük maşınlarından tutmuş avtobuslara və ekskavatorlara qədər bütöv bir sıra nəqliyyat vasitələri lazımdır. Bunun üçün fabriklər tikməliyik, yəni inkişaf etmiş sənaye lazımdır. Bizdə isə nəinki adi insanlar, hətta tərtibatçılar da bəzən elə edirlər ki, bir əli ilə diaqnoz qoyan, digəri ilə isə özü idarə olunan avtomobili idarə edən süni intellekt yaratmaq mümkündür. Amma bu baş vermir. Yəqin ki, xərçəng və ya Covid-i müalicə edən süni intellekt haqqında eşitmisiniz. Burun axmağı müalicə edən neyron şəbəkəsi haqqında bir şey bilirsinizmi?

– Yəqin ki, sadə bir şeyi müalicə etmək iqtisadi cəhətdən sərfəli deyil?

Nikolayev: – Tam əksinə. 30-40 min kənd həkiminin avtomat  maşınla əvəzlənməsi böyük iqtisadi və sosial effekt verəcək. Aydındır ki, süni həkim ən sadə şeyləri müalicə etməlidir. Burada hər şey aydındır və AI-ni əldən tutmaq asandır. Çətin işlərin 5%-də isə kəndliləri məsləhətləşmək üçün şəhərə göndərəcək. Ancaq heç kim soyuqdəymə üçün damcıları təyin edən bir alqoritmə investisiya qoymayacaq. Ancaq xərçəngin müalicəsi üçün pul asanlıqla veriləcək, çünki PR müstəvisində bunlar misilsiz şeylərdir. Burada bir məsələ aydındır ki, mürəkəbdən deyil,  sadədən başlamaq lazımdır: başa düşülən bir xəstəlik götürün və uzun müddət işləyin. Sonra ikinci və s.

Süni intellektin qurubu başlayıb?

Bəzi ekspertlər indi ilkin gözləntilərin qeyri-real olduğunu deyirlər. Biz generativ süni intellektin faydalı olmaya biləcəyinin ilk əlamətlərini görürük. Onlar trilyonlarla qazanc gözləyirdilər, lakin milyardlar aldılar. Süni intellektin daha qurubu başlayır?

Arlazarov: – Hələ qurubu deyil, amma artıq işartıları görünür. Həmişə belə olur: Şişirdilmiş vədlərin ardınca reklam edilən irəliləyişin baş vermədiyi ortaya çıxanda olur. Süni intellektə sərmayə qoyanlar arasında marağın azalması qaçılmazdır.

Nikolayev: – AI-nin qurubu barədə qərarı alimlər deyil, investorlar verir. Burada sual budur ki, dünya iqtisadiyyatını idarə edənlərin resursları nə vaxt tükənəcək.

Arlazarov: – İkincisi: süni intellektin yerini başqa bir texnologiya tuta bilər. Məsələn, bir ildən sonra çinlilər öz tokamaklarında enerjini saxlaya bilən termonüvə reaksiyasının başladığını elan edə bilər. Bu o deməkdir ki, ucuz, təhlükəsiz, ekoloji cəhətdən təmiz enerji istehsalı texnologiyası artıq hazırdır. Yaxud Mask Marsı müstəmələkəyə çevirmək üçün raketinin hazır olduğunu elan edə bilər. Sonra hamı qonşu planetdə cənnət yaratmaq üçün qaçacaq – həm biz, həm də amerikalılar.

Nikolayev: – Yeri gəlmişkən, “xam torpaqlar” mədəniyyəti geniş ərazilərdə yaşayan xalqlar üçün xarakterikdir. Son iki-üç əsrin tarixinə nəzər salsaq, Amerikada Vəhşi Qərbin məskunlaşması və inkişafı olub. Avropada və Asiyada – Rusiya imperiyasının şərqinə, sonra isə Sovet İttifaqına doğru genişlənmə. Xam torpaqların mənimsənilməsi, BAM və s. Kosmosun müstəmləkəçiliyi ideyası üzrə rəqabət müharibə ideyasından daha xoşdur.

Arlazarov: – Belə olan halda süni intellektin qurubu sivilizasiyanın xeyrinə olacaq. Çünki Marsın “işğalı” yer üzündə müharibələrin qarşısını almağın bir yoludur. Fövqəldövlətlər bir parça torpağı bölməyəcək, amma bütün planeti inkişaf etdirəcəklər.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Naxçıvanda ilk dəfə müəllimlər iş yerlərini dəyişə biləcəklər