İlyas İsmayılovun vəziyyəti necədir?- HƏKİM AÇIQLADI

“İlyas İsmayılovun vəziyyəti ağır-stabildir”. Bunu APA-ya açıqlamasında İlyas İsmayılovun gəlini Sevil Nuriyeva deyib.

Sevil Nuriyeva İlyas İsmayılovun uzun müddət əvvəl Mərkəzi Klinikiya yerləşdirildiyini bildirib.

“Reanimasiyada idi, hazırda palataya köçürülüb. Onda insult və pnevmaniya var. Bir neçə xəstəliyin ortaq fəsadları nəticəsində vəziyyəti pisləşib”, – o əlavə edib.

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.
Əvvəlki məqalə

Bakıda fəaliyyət göstərən Özbəkistan vətəndaşının şirkəti cərimələndi

Sonrakı məqalə

“Keşlə bazarı” Dərnəgülə köçürülür?