İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumu açıqlanıb

Komitə sədri İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumunu açıqlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, qız davamlı şəkildə həm fiziki, həm də mənəvi travmalara məruz qalıb: “Bu da onun psixoloji durumunda ciddi izlər buraxıb. Hazırda onun müalicəsi Komitənin və aidiyyəti qurumların dəstəyi ilə davam edir. Qız və ailəsi fərdi terapiyadan qrup terapiyasına keçib. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur. Onların psixoloji yardıma yenə ehtiyacı var. Qızın vəziyyəti nəzərə alınaraq həftədə 3 dəfə müəssisə daxilində təhsilə cəlb olunub. Terapiya başa çatdıqdan sonrakı durum bizə hansı addımların atılmalı olduğunu göstərəcək. Bundan sonra istəsə öz ailəsinə və ya oxuduğu məktəbə qayıda bilər. Məqsədəuyğun olmasa digər məktəbdə təhsili davam etdirəcək. Ailənin bu günə qədər olduğu mühitdən tamam ayrı mühitdə yaşamasına çalışacağıq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniyada koronavirusa görə iqtisadiyyatın bir çox sahələrində vəziyyət pisləşib

Sonrakı məqalə

Rektor: “Bakı Dövlət Universitetinə yeni yataqxanalar tikiləcək”