“İmran Xan martın 29-dək həbs edilməlidir”- Məhkəmə keçmiş Baş nazirlə bağlı qərar verdi

Pakistanın paytaxtı İslamabadda rayon məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həbsinə order verib.

Azpost.info xəbər verir ki, həbs qərarı İmran Xanın hakimi və polis məmurlarını hədələməsi ilə əlaqədar çıxarılıb.

Məhkəmə qərarına əsasən, İmran Xan zaminə buraxılmaq və mühakimə olunmaq hüququ olmadan martın 29-dək həbs edilməlidir.

Vəkil Xavac Haris bildirib ki, müvəkkili təhlükəsizlik təhdidləri səbəbindən məhkəmə iclasına gəlməyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.