İmtahandan keçən bu müəllimlərin maaşı 35 faiz artırılacaq-NAZİR

Repetitorluq ləğv ediləcək
Repetitorluq ləğv ediləcək

Riyaziyyat fənni üzrə sertifikatlaşdırmada iştirak edən müəllimlərin 47 faizinin əməkhaqqına 35 faiz artım tətbiq ediləcək.

AzPost bildirir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırmada iştirak edən 8807 riyaziyyat müəllimi yüksək nəticə göstərib. Müəllimlərin 46 faizinin əməkhaqqına 10 faiz əlavə tətbiq ediləcək. Bu isə 4078 müəllim deməkdir. Ümumilikdə sertifikatlaşdırmada iştirak edən müəllimlərin 93 faizi, başqa sözlə 8200 nəfəri uğur qazanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.