İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər sərəncamla İnam Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.