İndiyədək 2000-ə yaxın qaziyə əlillik təyin edilib –

Dövlət Agentliyi
01 Oktyabr 2021 - 12:02

“İndiyə qədər Vətən müharibəsində yaralanmış 5281 hərbi qulluqçu evində və ya müalicə aldığı stasionarda müayinə edilib”.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova “Sosial saat”da deyib.

O bildirib ki, 2000-ə yaxın qaziyə müxtəlif dərəcədə əlillik təyinatı aparılıb.