“Veteranlardan istifadə edərək öz maraqlarını güdən QHT-lər var” –Prezident Administrasiyasının rəsmisi Vüsal Quliyev

“Veteranlarla bağlı ölkədə 100-ə qədər QHT fəaliyyət göstərir. Bu QHT-lərin içərisində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi yer tutur”.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkil etdiyi “Nəsillərin görüşü” adlı konfransda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev bildirib.

V. Quliyev deyib ki, bu kateqoriya insanlardan istifadə edərək öz maraqlarını güdənlər var: “Ona görə də veteranlar da diqqətli olmalıdırlar”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Saakaşvili Gürcüstanda deyil…” –

Sonrakı məqalə

İndiyədək 2000-ə yaxın qaziyə əlillik təyin edilib –