İndiyədək 190-a yaxın jurnalistin adı Media Reyestrinə daxil edilib

İndiyədək Media Reyestrinə 181 media subyekti daxil edilib.

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Səidə Şəfiyeva APA-nın sorğusuna cavab olaraq deyib.

Səidə Şəfiyeva bildirib ki, həmçinin, jurnalistlərdən 190-a yaxın jurnalistin adı reyestrə daxil edilib.

Onun sözlərinə görə, media subyektlərinin müraciətlərinə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.