İyunun 11-də İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Qorontalo şəhərindən 147 kilometr cənub-şərqdə, ocağı 88 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.