İndoneziyanın Mərkəzi Papua əyalətində bazarda baş verən yanğın 11 nəfərin həyatına son qoyub.
Yerli polis hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, ölənlər arasında 6 uşaq da var.
Gecə yarısından sonra başlayan alov ətrafdakı ticarət obyektlərinə də keçib. Nəticədə 40-a yaxın tikili yanaraq məhv olub.
Yanğın yerli vaxtla saat 03:30 radələrində nəzarətə götürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır.