Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Neftin qiyməti 120 dollara yüksələ bilər

User 07 Sentyabr 2026 - 13:16 (Last updated: 07 Sentyabr 2026 - 13:17)
neft

Yaxın Şərqdə dəniz nəqliyyatına qarşı hücumların daha da genişlənməsi dünya neft bazarında ciddi bahalaşmaya səbəb ola bilər. ABŞ-nin aparıcı investisiya banklarından biri olan “Goldman Sachs” hesab edir ki, belə bir vəziyyətdə “Brent” markalı neftin qiyməti bir barel üçün 120 dollara yüksələ bilər.

Bankın ekspertləri geosiyasi gərginliyin enerji bazarlarına təsirindən yararlanmaq istəyən investorların diqqətini təbii qaz və dizel yanacağına yönəldiblər.

“Goldman Sachs”ın analitiklərinə görə, son günlər regionda baş verən hadisələr dəniz daşımalarında problemlərin daha geniş əraziyə yayılması və mövcud pozuntuların dərinləşməsi ehtimalını artırıb. Bank neft bazarı üçün iki fərqli ssenari irəli sürür. Gərginliyin daha da artması halında “Brent”in 120 dollara qədər bahalaşması mümkün hesab edilir. Əksinə, regiondan neft tədarükünün əvvəlki səviyyəyə qayıtması vəziyyətində qiymətin 80 dollara qədər geriləyə biləcəyi proqnozlaşdırılır.

Bank investorlar üçün əsas diqqətin təbii qaz və emal edilmiş neft məhsullarına yönəldilməsini məsləhət görür. Analitiklərin fikrincə, geosiyasi böhranın yaratdığı mümkün təchizat problemləri bu məhsulların bazarında xam neftlə müqayisədə daha ciddi qiymət reaksiyasına səbəb ola bilər.

Yaxın Şərqdə yarım ildən artıqdır davam edən qarşıdurmanın yaratdığı qeyri-müəyyənlik artıq enerji bazarında özünü göstərir. Təbii qaz və neft məhsullarının qiymət artımı xam neftdəki bahalaşmanı geridə qoyub. Xüsusilə sənaye üçün istifadə olunan dizelin qiyməti ilin əvvəlindən iki dəfədən çox yüksəlib.

ABŞ və İran arasında son günlərdə Hörmüz boğazı ətrafında artan gərginlik də neft bazarına təsirsiz ötüşməyib. Bunun nəticəsində xam neftin qiyməti iyul ayından bəri ən yüksək həddə çatıb.

Hazırda “Brent” markalı neftin bir bareli təxminən 96 dollara satılır.

AzPost.az

Post navigation

Previous: İndoneziyada bazarda yanğın olub, 11 nəfər ölüb
Next: Macarıstanda ağcaqanad təhlükəsi:

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.