İndoneziyalı jurnalist Xocalı soyqırımından yazdı:“Bəşəriyyətin müasir dövrdəki qanlı faciəsi”

İndoneziyalı jurnalist, publisist Nia S. Amira Xocalı soyqırımı ilə bağlı yazı yazıb.

Xanım Amira bir neçə dəfə Azərbaycanda səfərdə olub. O, iki ölkə arasında ictimai-sosial və mədəni əlaqlərin inkişafına dəstək verir.

Azpost.info məqaləni oxucularına təqdim edir.

-Qafqaz regionunda, Avropa ilə Cənub-Qərbi Asiyanın qovuşuğunda yerləşən, müstəqil dövlət olan Azərbaycan şimalda Rusiya, cənubda Gürcüstan və Ermənistan, İran və qərbdə Türkiyə ilə həmsərhəddir.

Azərbaycanın, Xəzər dənizi ilə həmsərhəd olan bu odlar ölkəsinin adının xüsusi əhəmiyyəti var. Ölkə öz xalqının rifahı üçün kifayət qədər neft ehtiyatlarına malikdir. Qonaqlarını səmimi və isti qarşılayan azərbaycanlılar şərq qonaqpərvərliyi və müasir Qərb dünyagörüşü ilə özünəməxsus xarakterə malikdirlər. Bu xarakterlə azərbaycanlılar başqa xalqlara göstərirlər ki, onlar həmişə irəli getmək və dünyanın sivil  xalqları ilə bir sırada duraraq gələcəyə doğru inamla irəliləyirlər.

Azərbaycan tarixi hələ 101 il bundan əvvəl öz vətəninin müdafiəsi üçün verdiyi qurbanların qan yaddaşı ilə doludur. Məşhur şair Nizami Gəncəvinin ölkəsindən olan bu insanlar 31 mart 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş qanlı qırğını, 26 fevral 1992-ci il Xocalıda baş vermiş soyqırımı unuda bilmirlər. Azərbaycan hökumətinin rəsmi bəyanatına, Human Rights Vatch və digər beynəlxalq müşahidəçilərin hesabatlarına görə,  sözügedən bu müsibətli qanlı qırğını erməni silahlı qüvvələri SSRİ-nin 366-cı alayının köməyi ilə həyata keçiriblər.

Azərbaycan postsovet məkanında müsəlmanların 95% – ni təşkil etdiyi dünyəvi dövlətdir. Müxtəlif məzhəblərin tərəfdarları və digər dinlərin davamçıları burada yüz illər boyu bir-biri ilə harmoniyada sülh şəraitində yaşayıblar.

Belə çiçəklənən və öz tələbatını ödəyən Azərbaycan xalqının yaddaşında bu gün də böyük kədərlə xatırlanan dəhşətli hadisə – Xocalı soyqırımı var. 28 il keçib, ancaq Ermənistan ordusu tərəfindən Azərbaycanın Dağlıq Qarabağ vilayətindəki Xocalı şəhərinin sakinlərinə qarşı törədilmiş kütləvi soyqrımını azərbaycanlılar unutmurlar. 25 fevral 1992-ci ildə erməni qoşunları Sovet İttifaqının 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə zərbələr endirərək, 613 dinc azərbaycanlını, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirib, minlərlə insan evlərindən qaçaraq məcburi köçkünə çevrilib.

Xəzər Strateji İnstitutu (CSI) bildirir ki, erməni qoşunlarının işğalı Azərbaycanda mədəni irsn, o cümlədən 927 kitabxananın, 464 tarixi abidənin, 44 məbədin və 9 məscidin məhvinə gətirib çıxarıb. İndiyə qədər Dağlıq Qarabağ və Azərbaycan ərazisinin 20 faizindən çox hissəsini əhatə edən 7 rayon hələ də erməni işğalı altındadır.

Hər il fevralın 25-də Azərbaycan hökuməti Xocalıda baş vermiş qanlı hadisəni yad edir. Bu qətliam təkcə ölkə daxilində deyil, bütün dünyada xatırlanır və icraçılar lənətlənir.

Azərbaycan hökuməti Xocalıda baş verənləri ölkə tarixində çox ağır hadisə hesab edir və həlak olanların xatirəsinə ehtiram göstərir.

Xocalı bu gün də Ermənistan dövlətinin işğalı altındadır. Azərbaycan hökuməti ərazi bütövlüyünü bərpa etmək üçün çalışır. Dövlət Xocalı soyqırımında təqsirli olan şəxslərin müvafiq cəza alması üçün beynəlxalq tribunala müraciət edəcəyini də bəyan edib.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kampaniyasının  strateji məqsədi dünyanı Xocalı qətliamı barədə məlumatlandırmaqdır.

Azərbaycan Ermənistandan soyqırıma görə üzr istəməyi və günahkarları beynəlxalq məhkəməyə cəlb etməyi tələb edir. “Xocalıya Ədalət”  kampaniyası bütün dünyada 115 təşkilat tərəfindən sosial şəbəkələr, kitablar, sənədli filmlər, seminarlar və konfranslar və s. üsullarla dəstəklənir.

Bu kampaniyanın dəstək verilməsi üçün əhalisinin əksəriyyəti müsəlman olan İndoneziyanın da rolu çox vacibdir. Məlum olduğu kimi, İndoneziya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər həm siyasi, həm də iqtisadi səviyyədə çox yaxşı qurulub.

Nia S. Amira

jurnalist, yazıçı-publisist

İndoneziya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Orta məktəblərdə dərslər yenə iyunun 14-də bitəcək –

Sonrakı məqalə

Gürcüstanda koronavirusa yoluxma aşkarlandı