MSK-nın yeni tərkibi aprelin 27-də təsdiq ediləcək

Mərkəzi Seçki Komissiyasının yeni tərkibi aprelin 27-də təsdiq ediləcək.

Milli Məclisinin aprelin 27-də keçiriləcək plenar iclasının gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi daxil edilib.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Səhiyyə nazirini əvəz edən Teymur Musayev kollektivə təqdim edilib

Sonrakı məqalə

İndoneziyanın içində 53 nəfərin olduğu sualtı qayığı tapılıb