“İnfrastrukturun tam gücü ilə işləməməsi ciddi fəsadlarla nəticələnib” –Baş nazirdən yağışla bağlı reaksiya

“Müvafiq infrastrukturun tam gücü ilə işləməməsi bir sıra ciddi fəsadlar və itkilərlə nəticələnib”.

Azpost.info bildirir ki, bu sözləri  Baş nazir Əli Əsədov Nazirlər Kabinetində yağışın fəsadları barədə keçirilən iclasda bildirib.

Baş nazir yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğulayıb, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini deyib.

İclasda hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.