İngiltərə XİN başçısı:

“Türkiyənin atəşkəsi bərpa cəhdlərinə dəstək veririk”
03 Mart 2020 - 19:43

“Türkiyənin İdlibdə atəşkəsi bərpa etmə cəhdlərinə dəstək veririk”.

Bunu Ankarada səfərdə olan İngiltərə Xarici İşlər naziri Dominic Raab bildirib. O qeyd edib ki, İdlib mövzusunda Türkiyəyə dəstəklərini davam etdirəcəklər: “Hazırda İdlibdə yaşanan insan itkiləri və faciələrlə bağlı məsuliyyət Suriya hakimiyyətinin və Rusiyanın üzərinə düşür”. (APA)