İngiltərədə iki qatar toqquşub

01 Noyabr 2021 - 00:53

İngiltərənin cənubunda iki qatar toqquşub.

APA xəbər verir ki, bu barədə Uiltşir qraflığının polisi idarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə Andoverlə Solsberi arasındakı dəmir yolu xəttində baş verib.

Hadisə yerinə yanğından mühafizə bölmələri və təcili tibbi yardım xidməti cəlb edilib.