İngiltərə hökuməti işlərini itirən vətəndaşlarına maaşlarını ödəməyə başlayacaq

İngiltərə hökuməti koronavirus pandemiyasına görə, işləyə bilməyən vətəndaşlarının maaşlarının 80%-ni ödəməyə başlayacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “Məşğulluğun Mühafizəsi Planı”na əsasən, ödənişlərin yuxarı həddi 2 500 funt sterlinq olacaq.

“Bu gün saatda 450 min müraciəti emal edə bilən onlayn tətbiq istifadəyə verilib. Vətəndaşların müraciətləri bu tətbiq vasitəsi ilə qeydiyyata alınır və bununla da onlar 6 gün sonra pullarını ala bilmək imkanını əldə edirlər”, – deyə maliyyə naziri Rişi Sunak bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident:

Sonrakı məqalə

Dövlət başçısı: