İngiltərə kubokunun ikinci finalçısı müəyyənləşdi

Yanvarın 20-də futbol üzrə İngiltərə kubokunun ikinci finalçısı məlum olub.

İkinci yarımfinalda “Arsenal” öz meydanında “Liverpul” komandasını qəbul edib.

Görüş “Liverpul”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər iki qolun müəllifi matçın 19-cu və 77-ci dəqiqələrində Dioqu Jota olub.

Bu qələbə sayəsində “Livepul” İngiltərə kubokunun finalına yüksəlib. Komandaların ilk görüşündə isə qalib müəyyənləşməmişdi (0:0).

Qeyd edək ki, finalda “Liverpul” klubu “Tottenhem”i iki oyunun nəticəsinə görə məğlub edən (2:0, 1:0) “Çelsi” komandası ilə görüşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukraynaya hücum Moskvaya çox baha başa gələ bilər” –

Sonrakı məqalə

“Ölkədə terrorun arxasında əvvəlki hökumətin üzvləri dayanır” –