İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini aşağı salıb

İngiltərə Mərkəzi Bankı (“Bank of England” – BoE) uçot dərəcəsini 5,25 faizdən 5 faizə endirib.

Bu, 2020-ci ilin martından bəri ilk dəfə baş verir. Bank 2023-cü ilin avqust ayında Böyük Britaniyada artan qiymətlərlə mübarizə aparmaq üçün uçot dərəcəsini 16 ilin ən yüksək göstəricisi olan 5,25 faiz səviyyəsinə qaldırmışdı.

Britaniyanın maliyyə naziri Reyçl Rivz faiz dərəcələrinin aşağı salınmasının sevindirici xəbər olduğunu deyib(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.