İnsan Haqları Klubunun sədri Rəsul Cəfərova bəraət verilib

Bu gün Ali Məhkəmənin plenumunda İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə verilən şikayətə baxılıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərarə əsasən, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Bakı Apellyasiya Məhkəməsində R.Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə cəza saxlanılıb.

Xatırladaq ki, R.Cəfərov Prezident İlham Əliyev 2016-cı il martın 17-də imzaladığı Əfv Sərəmcamı ilə azadlığa buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisdə yeni şöbə yaradıldı, rəhbər təyin olundu

Sonrakı məqalə

Türkiyə Böyük Millət Məclisinin yaradılmasından 100 il ötür