Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

İnsan qocaldıqca dərisi niyə qırışır? –

User 10 Avqust 2025 - 10:00 (Last updated: 10 Avqust 2025 - 10:04)
qoca02

Nyu-Yorkdakı Binghamton Universitetinin alimləri dərinin yaşlandıqca qırışmasının mexanizmini izah edən yeni araşdırma aparıblar. 16-91 yaş arası şəxslərdən götürülmüş dəri nümunələri üzərində aparılan təcrübələr nəticəsində məlum olub ki, dərinin bir istiqamətdə təkrar dartılması və boşalması toxumanı gərginləşdirərək qırışların yaranmasına səbəb olur.

AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, tədqiqatda aşağı qüvvəli “tensometr” adlı cihazdan istifadə edilib. Bu cihaz gündəlik həyatdakı mexaniki təsirləri təqlid edərək dərinin uzanmasına və büzülməsinə səbəb olub. Mikroskopik müşahidələr göstərib ki, yaş artdıqca dəridəki büzülmə hərəkətləri güclənir və qırışlar daha asan formalaşır. Araşdırma nəticəsində məlum olub ki, dərinin xarici təbəqəsi (stratum corneum) zamanla sərtləşir, alt təbəqədə isə kollagen sıxlığı azalır və yumşalma baş verir. Bundan başqa, dəri həcmini itirərək daha çox daralır ki, bu da qırışların dərinləşməsinə gətirib çıxarır. Bu xüsusiyyət “poroelastiklik” kimi tanınır və ilk dəfə olaraq qeydə alınıb.

Alimlər bildirirlər ki, bu nəticələr yalnız qırışların səbəblərini anlamağa deyil, həm də dəri xəstəliklərinin müalicəsində və qocalma əleyhinə məhsulların effektivliyinin qiymətləndirilməsində faydalı ola bilər. Bundan əlavə, günəşin ultrabənövşəyi radiasiyasının təsiri də qocalmanı sürətləndirir. Ona görə də mütəxəssislər günəşdən qoruyucu vasitələrin istifadəsini tövsiyə edirlər.

AzPost.az

Post navigation

Previous: BMT-nin Baş katibi Azərbaycan və Ermənistan liderlərini alqışlayıb
Next: “ChatGPT”nin pəhriz menyusu 60 yaşlı kişini dəli etdi

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.