“İnter” “Atalanta” ilə razılığa gələ bilməyib

Futbol
Futbol

“İnter” “Atalanta”nın hücumçusu Ademola Lukman üçün ilk rəsmi transfer təklifini göndərib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Milan təmsilçisi nigeriyalı futbolçu üçün 40 milyon avro təklif etsə də, “Atalanta” bu təklifi qəbul etməyib.

Qeyd edək ki, Ademola Lukman ötən mövsüm “Atalanta”nın heyətində bütün turnirlər üzrə 40 oyuna çıxaraq 20 qol vurub və 7 qolun ötürməsini edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.