“İnterpol”un axtardığı məşhur narkobaron İstanbulda saxlanıldı- FOTO/VİDEO

İstanbul polisi “Kartel 2” əməliyyatı zamanı “İnterpol” xətti ilə axtarışda Xorvatiya vətəndaşı Nenad Petrakı Üsküdar rayonunda saxlayıb.

Azpost.info xəbər verir ki, onun rəhbərlik etdiyi beynəlxalq narkotik karteli 9 ölkədə fəaliyyət göstərir və Cənubi Amerikadan Avropaya qadağan olunmuş maddələrin qaçaqmalçılığı ilə məşğuldur.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Yerlikaya bildirib ki, “İnterpol” Petrakı qətl işinə görə “qırmızı xəbərdarlıq”la axtarır. Nazir görülən işlərə görə İstanbul hüquq-mühafizə və kəşfiyyat orqanları əməkdaşlarına təşəkkür edib.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.