Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Araşdırma

İpoteka ilə ev alanlar sevinə bilmir

Orkhan Ali 18 Dekabr 2025 - 09:04 (Last updated: 18 Dekabr 2025 - 08:08)
İpoteka

İpoteka

Azərbaycanda ipoteka ilə ev almaq arzusu bir çox ailə üçün getdikcə əlçatmaz xəyala çevrilir. AzPost xəbər verir ki, artan mənzil qiymətləri, yüksək faiz dərəcələri və uzunmüddətli ödəniş yükü vətəndaşları çətin seçim qarşısında qoyur. Bir tərəfdən “öz evim olsun” istəyi, digər tərəfdən isə illərlə davam edən maliyyə asılılığı.

Vətəndaşların sözlərinə görə, hazırkı ipoteka şərtləri real gəlirlərlə uyğunlaşmır. Məsələn, 260 min manat dəyərində mənzil alan ailə dövlət ipotekası ilə illik 8 faiz şərti ilə ayda 1000 manatdan çox ödəniş etməli olur. 25 illik müddətdə isə bu məbləğ təxminən 490 min manata çatır. Yəni alınan evin qiymətindən demək olar ki, iki dəfə artıq pul ödənilir.

Alternativ olaraq, ipotekanı daha tez bağlamaq istəyən ailələr ayda 2500–3000 manat civarında ödəniş etməyə məcbur qalırlar. Bu isə gündəlik xərclər, qida, təhsil və sağlamlıq kimi əsas ehtiyaclar fonunda demək olar ki, mümkünsüzdür. Nəticədə bir çox ailə ipoteka götürsə belə, evinə sevinə bilmir, psixoloji və maliyyə təzyiqi altında yaşayır.

Daşınmaz əmlak bazarında qiymətlərin sürətlə bahalaşması da vəziyyəti daha da ağırlaşdırır. Bir neçə il əvvəl 100–120 min manata təklif olunan mənzillər bu gün 180–250 min manat aralığında satılır. Gəlirlər isə eyni templə artmadığından ipoteka yükü vətəndaş üçün daha da ağırlaşır.

Mütəxəssislər bildirir ki, bu vəziyyət uzunmüddətli perspektivdə ipoteka bazarına marağın azalmasına səbəb ola bilər. Artıq bir çox vətəndaş ipoteka şərtlərini araşdırdıqdan sonra geri çəkilir və kirayə mənzildə qalmağa üstünlük verir.

Bəs çıxış yolu nədir? Qanunvericilik səviyyəsində bir sıra addımların atılması təklif olunur. Ekspertlər ipoteka faizlərinin aşağı salınmasını, maksimum kredit məbləğinin bazar qiymətlərinə uyğunlaşdırılmasını və ödəniş müddətində daha elastik mexanizmlərin tətbiqini vacib sayırlar. Eyni zamanda, gənc ailələr və orta gəlirli vətəndaşlar üçün əlavə güzəştlərin edilməsi də müzakirə mövzusudur.

Aydın görünür ki, mövcud şərtlərlə ipoteka artıq sosial dəstək alətindən çox, uzunmüddətli maliyyə yükünə çevrilir. Vətəndaşlar isə daha ədalətli və real mexanizmlər gözləyir. Əks halda, “öz evim olsun” arzusu bir çoxları üçün sadəcə kağız üzərində qalacaq.

AzPost.az

Post navigation

Previous: ABŞ Tayvana 4 milyard dollarlıq HIMARS satır
Next: “ChatGPT”də fotolarla bağlı mühüm – Yenilik

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.