İrəvanda etiraz aksiyası başlayıb, polis 134 nəfəri saxlayıb

İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb.

“Sputnik Armenia” xəbər verir ki, “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar.
İştirakçılar əsas magistraldan – Myasnikyan prospektindən, həmçinin Abovyan və Teryanın mərkəzi küçələrində hərəkəti bağlamağa başlayıblar.

İrəvanda keçirilən etiraz aksiyalarında 134 nəfər saxlanılıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, hazırda paytaxtda bağlı küçə yoxdur.

Əvvəlki məqalə

Qarabağ Universitetində oxuyacaq tələbələrin sayı açıqlandı

Sonrakı məqalə

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə başlanılıb