İrəvan Avropa İttifaqına Zəngəzurda müşahidəçi sayının artırılmasını təklif edib

“ Ermənistan və Azərbaycanın beynəlxalq sərhədlərinin monitorinqi üçün Avropa İttifaqı müşahidəçilərinin sayı kifayət deyil”.

Azpost.info bildirir ki, bu sözləri  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, Yerevan Aİ-nin Ermənistandakı müşahidə missiyasının imkanlarını genişləndirməyi təklif edir.
“Biz bütün həmkarlarımıza həm müşahidəçilərin sayını, həm də missiyanın digər imkanlarını artırmağı təklif edirik. Bu təklif onun üçündür ki, müşahidəçilər Ermənistan və Azərbaycan sərhədində monitorinqi daha lazımi səviyyədə apara bilsinlər”, – A.Qriqoryan qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.