“Irəvan Bakı ilə münasibətləri yaxşılaşdırmaq və sülh imzalamaq niyyətindədir” - Ermənistan prezidenti

“Irəvan Bakı ilə münasibətləri yaxşılaşdırmaq və sülh müqaviləsi imzalamaq niyyətindədir”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İsveç parlamentinin İsveç-Ermənistan dostluq qrupunun sədri Bern Sederin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan hökumətinin bir məqsədi var – regionda sülhə nail olmaq və danışıqlar yolu ilə Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq”, – Ermənistan prezidenti deyib.

Danışıqlarda Ermənistanın İsveçdəki səfiri Aleksandr Arzumanyan, Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Milli Assambleyanın deputatı Ripsime Qriqoryan da iştirak edib.

Azpost.info

Əvvəlki məqalə

Gəncə Dövlət Universitetinin tələbəsi özünü asıb – FOTO

Sonrakı məqalə

“Ukraynanın yaxın həftələrdə hücuma başlayacağını gözləyirik” –