İrəvan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinin əsasnaməsi layihəsini Bakıya təhvil verib.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan təqdim olunan sənədlərə reaksiya gözləyir və kommunikasiyaların açılması, sərhəd təhlükəsizliyinin qorunması ilə bağlı təklifləri həyata keçirməyə hazırdır: “Sənədlərlə bağlı iş gedir və bu işlər heç də həmişə üzbəüz görüş tələb etmir. Məsələn, biz Azərbaycan tərəfinə sərhədlərin delimitasiyası üzrə komissiyaların işi ilə bağlı əsasnamə layihəsini təqdim etdik. Bundan əvvəl kommunikasiyaların açılması, sərhədlərin təhlükəsizliyi ilə bağlı verdiyimiz təkliflər də qüvvədə qalır”.
Azpost.info