İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü olub

İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Ermənistan mediasının yaydığı məlumata görə, dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub.

Qriqoryan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı yalnız sülhü möhkəmləndirəcək.

Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər.

İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşün ikinci hissəsində Qriqoryan sualları cavablandırıb.

Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil ediblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.