İrəvanda yaşayış binasında partlayış olub –12 mənzil uçub

Bu gün səhər Ermənistanın paytaxtı İrəvanda yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

 Kanaker-Zeytun rayonunda baş vermiş partlayış binanın uçmasına səbəb olub.

İlkin xəbərlərə görə, iki nəfər yaralanıb, bir sakinin aqibəti məlum deyil, xilasetmə işləri davam etdirilir.

“Partlayış nəticəsində yaşayış binasının 12 mənzili uçub. 19 sakin dağıntılar altından çıxa bilib. Xilasedicilər dağıntılar altından daha iki nəfəri çıxarıblar. Bir sakindən taleyi məlum deyil”, – deyə Ermənistanın Fövqəladə Hallar naziri Feliks Tsoloyan bildirib.

Ermənistan Səhiyyə Nazirliyindən isə məlumat verilib ki, yaralılardan birinin vəziyyəti ağırdır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ANS internet üzərindən yayımını bərpa edib –

Sonrakı məqalə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda yeni məktəb binasının açılışında iştirak edib