İrakli Kobaxidze: “Dörd inqilab cəhdinin qarşısını almışıq”

Gürcüstan hakimiyyəti dörd il ərzində dörd inqilab cəhdinin qarşısını alıb.

Oxu.Az-ın “RIA Novosti”yə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

“Biz bu dörd ildə dörd inqilab cəhdinin qarşısını almışıq. Buna baxmayaraq, iqtisadi artım templərinə görə regionda və Avropada birinci yeri qoruyuruq”, – deyə o vurğulayıb.

Baş nazirin sözlərinə görə, Gürcüstan kənardan şantaj və ultimatumlara məruz qalmaqda davam edir, lakin belə şəraitdə belə ölkə sabit iqtisadi inkişafı təmin edə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.