“47 il əvvəl bu qürurlu millətin nəzarətini ələ keçirdikdən bəri, rejim və onun qatil əlaltıları terrorizm, ölüm və nifrətdən başqa bir şey yaymayıblar”.
Bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.
Tramp İran hökumətinin minlərlə ABŞ hərbçisini və milyonlarla insanı öldürdüyünü, habelə yüzlərlə şəxsi əlil qoyduğunu deyib.
“Onlar öz ölkələrində ən azı 32.000 etirazçını öldürüblər. Onları güllələyib və asıblar. Onlar artıq Avropanı və xaricdəki bazalarımızı təhdid edə biləcək raketlər hazırlayıblar və tezliklə ABŞ-a çatacaq raketlər yaratmaq üzərində işləyirlər, – Tramp əlavə edib.
Tramp daha sonra ABŞ-la İran arasında aparılan danışıqlar məsələsinə də münasibət bildirib.
“Müqaviləni bağlamaq istəyirlər. Amma onlardan “heç vaxt nüvə silahımız olmayacaq” sözlərini eşitmədik. Mən bu problemi diplomatik yolla həll etməyi üstün tuturam. Ancaq bir şeyə əminəm: dünya terrorizminin əsas sponsorunun nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm. Mən buna icazə verə bilmərəm”, – Tramp əlavə edib.