“İran artıq nüvə silahı yaratmaq səviyyəsinə çatır” – MAQATE-nin rəhbəri

İran zənginləşdirilmiş uranın istehsalını kəskin artırıb.

Azpost.info bildirir ki, bu barədə MAQATE-nin rəhbəri Rafael Qrossi bildirib.

Onun sözlərinə görə, İran sürətlə hasilatını və zənginləşdirilmiş uran ehtiyatlarını 60 faizə  çatdıraraq 90 faizdə yaxınlaşır. Bu, nüvə silahı yaratmaq üçün lazım olan səviyyədir.

Təşkilatın hesablamalarına görə, İran 60 faiz zənginləşdirmə dərəcəsinə malik kifayət qədər uran toplayıb. Bu isə növbəti saflaşdırma zamanı artıq dörd nüvə başlığı istehsal etmək üçün kifayət edəcək.

“Görndüyü kimi bunun mülki məqsədlərlə heç bir əlaqəsi yoxdur” – deyə Qrossi vurğulayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.