İranın BMT-dəki Daimi Nümayəndəliyi qurumun Təhlükəsizlik Şurasını Yaxın Şərqdəki münaqişəyə müdaxilə etməyə, eləcə də regionda təhlükəsizliyin təminatı üçün təcili tədbirlər görməyə çağırıb.
“Reuters“ bildirir ki, bu barədə ölkənin BMT-dəki təmsilçisi Amir Səid İrəvaninin baş katib Antonio Quterreşə göndərdiyi məktubda qeyd olunub.
Sənəddə o da vurğulanıb ki, təşkilat öz səlahiyyətləri çərçivəsində Yaxın Şərqdəki vəziyyətə təcili müdaxilə edərək, Livan, Suriya və Qəzza sektorunda hərbi eskalasiyanı dayandırmalıdır.