2025-ci ilin aprel ayına qədər İran istifadəyə hazır 10 nüvə başlığına sahib ola bilər.
Azpost.info xəbər verir ki, bu barədə “The Times” MAQATE-nin baş direktorunun keçmiş müavini Olli Heynonenə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İranın oktyabrın 1-nə keçən gecə İsrailə atdığı raketlər gələcəkdə nüvə başlıqlarının çatdırılması üçün istifadə oluna bilər.
“Bu raketlərin köməyi ilə heç bir ölkəni məhv etmək mümkün deyil, ancaq siz onu təhdid edə və danışıqlarda daha yaxşı mövqe tuta bilərsiniz”, – Hayinonen bildirib.
O, əvvəllər agentliyin monitorinq missiyaları çərçivəsində bir neçə dəfə İranın nüvə obyektlərinə baş çəkib və nüvə sektorunda yüksək vəzifəli İran rəsmiləri ilə təmaslarda olub. Heynonen hesab edir ki, nüvə silahının mümkün istifadəsi Tehran üçün böyük risklər yaradacaq. Buna görə də İran hakimiyyəti çox güman ki, danışıqlar prosesində ondan “kart” və təhdid kimi istifadə etməklə kifayətlənəcək.
Azpost.info