“İran istənilən ssenariyə hazırdır”- Abbas Əraqçi

“Qəzza böhranının ona da sirayət etmə riski səbəbindən İran istənilən ssenariyə hazırdır”.

Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda həmkarı Hakan Fidanla danışıqlardan sonra deyib.

“Bölgədə müharibənin yayılması ciddi təhlükə yaradır. Biz Qəzza və Livanda daimi və dərhal atəşkəsin tərəfdarıyıq. Lakin istənilən ssenariyə də hazırıq”, – Əraqçi bildirib.

Onun sözlərinə görə, İsrail rejimi törətdiyi hərbi cinayətlərdə sərhəd tanımır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.