Bu gün İranda orta ümumtəhsil məktəblərində tədris prosesi bərpa olunub.
Azərtac xəbər verir ki, koronavirus pandemiyası səbəbindən bağlanmış orta ümumtəhsil məktəbləri mayın 16-da başlayaraq fəaliyyətlərinin davam etdirir. İranın Təhsil Nazirliyinin verdiyi məlumata görə, valideynlər uşaqlarını məktəbə buraxmaqda sərbəstdirlər.
Bununla yanaşı, bir sıra vacib qaydalara əməl olunmalıdır. Tədris prosesində müəllim və şagirdlər mütləq tibbi maskadan istifadə etməli və şagirdlər sinifdə sosial məsafə saxlamaqla əyləşdirilməlidir. Eyni zamanda, hər sinifdə əllərin dezinfeksiya edilməsi üçün spirt və s. olmalıdır. Bu qaydalara riayət etməyən məktəblərin rəhbərləri cəzalandırılacaq.