İran Müdafiə Nazirliyinin sabiq əməkdaşı edam olunub

İranda Müdafiə Nazirliyinin sabiq əməkdaşı Rza Əsgəri edam olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, R. Əsgəri ABŞ kəşfiyyatına casusluq etməkdə ittiham olunub və onun barəsində edam hökmü çıxarılıb.

İranın Məhkəmə Sisteminin sözçüsü deyib ki, hökm ötən həftə icra olunub.

Q.İsmaili qeyd edib ki, Rza Əsgəri 2012-ci ildə təqaüdə göndərilib və İranın raket sistemləri ilə bağlı məlumatı ABŞ kəşfiyyatına ötürüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir