İran prezidenti koronavirusdan danışdı:"Öhdəsindən gələcəyik"

İran Prezidenti Həsən Ruhani ölkəsində 15 nəfərin həyatına son qoyan koronavirus infeksiyasından danışıb.

“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, hökumət başçısı ölkəsinin epidemiyanın öhdəsindən gələcəyini bildirib.

“Koronavirus “B” qripindən təhlükəli deyil. Biz onun öhdəsindən gəldik, koronavirusun da öhdəsindən gələcəyik. Koronavirus dəvət olunmamış qonaq kimi gəlib və bütün ölkələrə yayılıb”, – o deyib.

H.Ruhani virusun yayılmasından sui-istifadə edənlərdən də danışıb: “Heç kim bu olayı pisniyyətlə istifadə etməməlidir. Xalqın həb, sabun, dezinfeksiyaedici maddələr və ya maskalara ehtiyacı olduğuna görə bundan sui-istifadə etməməliyik. Xalqın çətin günlər üçün saxladığı pula göz dikilməməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

Sonrakı məqalə

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verildi