İran Prezidenti Məsud Pezeşkian qonşu dövlətlərin liderlərinə müraciət edib.
Azpost.info bildirir ki, bu barədə açıqlama Pezeşkianın sosial şəbəkə səhifəsində paylaşılıb.
“Hörmətli dost və qonşu ölkələrin liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq. Lakin hərbi təcavüz bizə özümüzü müdafiə etməkdən başqa seçim qoymadı.
Biz sizin suverenliyinizə hörmətlə yanaşırıq. Regional sülhün region ölkələri tərəfindən təmin edilməli olduğuna inanmağa davam edirik”-deyə İran prezidenti vurğulayıb.
