İran qarşı yeni silahlarını işə salacaq– SEPAH

İran Silahlı Qüvvələri ölkəyə qarşı yeni təcavüz baş verəcəyi təqdirdə tətbiq oluna biləcək yeni hərbi texnologiyalara malikdir.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müavini, general-mayor Mustafa İzzadi “Mehr” agentliyinə açıqlamasında bildirib.

“İran İslam Respublikasının Silahlı Qüvvələri, xüsusilə də SEPAH quru qoşunları, hava qüvvələri, hava hücumundan müdafiə və dəniz sahələrində əhəmiyyətli nailiyyətlər əldə edib”, – deyə İzzadi cümə günü dərc olunan açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri müxtəlif texnologiyalardan istifadə edir. Bu texnologiyaların bir qismi artıq döyüş meydanında tətbiq olunub, digər hərbi yeniliklər isə hələ istifadəyə verilməyib.

General bildirib ki, İrana qarşı yeni təcavüz baş verəcəyi təqdirdə ölkənin Silahlı Qüvvələri rəqibə qarşı yeni “texnoloji sürprizlər”dən istifadə edəcək.

İzzadi bu texnologiyaların konkret nədən ibarət olduğunu açıqlamayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.