İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağlayıb- RƏSMİ

İranın bəzi qonşu ölkələrlə sərhədlərinin bağlanması müvəqqətidir.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin müdiri Abbas Musəvi deyib.

A.Musəvi bildirib ki, İran Xarici İşlər Nazirliyi səfirliklər vasitəsi ilə qonşu ölkələrin rəsmiləri ilə məsləhətləşmələr aparır və heç bir şübhəli halın sərhədlərdən keçməcəyi haqda onları arxayın edib:

“Sərhədlərin müvəqqəti şəkildə bağlanması ticarət, idxal-ixraca mane olmamalıdır”.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək 66 nəfərin yeni koronavirusa yoluxduğunu və 8 nəfərin həlak olduğunu təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İrandan gələn iki nəfər koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi

Sonrakı məqalə

MSK-nın iclası başlayıb