MSK-nın iclası başlayıb- Bu dairənin iki məntəqəsində seçkinin nəticələri ləğv edildi, DSK cəzalandırılacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd  Mütəllim Rəhimovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

R.İbrahimov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı bu dairədə 21 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb.

MSK şikayəti qismən təmin edib və 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin 21 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Mütəllim Rəhimli Ədalət Partiyasının sədr müavinidir.

106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində lider namizəd Ülviyyə Ağayevadır.

*****

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Anar Əsədlinin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

R.İrahimov bildirib ki, A.Əsədli bu dairə üzrə 1-ci məntəqədən 59-cu məntəqəyə qədər bütün seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib və 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib.

*****

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran qonşu ölkələrlə sərhədlərini müvəqqəti bağlayıb

Sonrakı məqalə

Tibbi maskaların qiymətinin artmasına rəsmi reaksiya: