İran şahının oğlu İsrailə gəldi, Baş nazir Netanyahu ilə görüşdü –FOTOLAR

İranın sonucu şahının oğlu Rza Pəhləvi aprelin 17-də İsrailə gəlib. 

Azpost.info bildirir ki, Ben-Qurion hava limanında onu İsrailin kəşfiyyat naziri Qila Qamliel qarşılayıb. Terminalın çıxışında Rza Pəhləvini əslən İrandan olan yəhudilər salamlayıb.

Rza Pəhləvi səfəri ilə bağlı qısa açıqlama verib: “İran xalqı bizim irsimizə hörmət, insan haqlarına riayət edəcək, İsraillə dost münasibətlərində olacaq hökumətə layiqdir”.

O deyib ki, bir çox iranlılar İsrail xalqı ilə olan möhkəm dostluğu xatırlayır. “Demokratik İranın İsraillə və ərəb qonşuları ilə münasibətlərinin bərpa olunacağı gün yaxınlaşır”.  

İsrail Baş nazirinin mətbuat xidməti görüşlə bağlı fotolar yayıb. Şəkillərdə Rza Pəhləvinin Baş nazir Netanyahu ilə danışıqları əks olunub. Görüşdə İsrailin kəşfiyyat və atom enerjisi naziri Qamliel də iştirak edib.

Azpost.info

 

Əvvəlki məqalə

ABŞ F-16-ların rabitə sisteminin Türkiyəyə satışını təsdiqədi

Sonrakı məqalə

Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalibləri açıqlanıb –