“İranda “təslim oluram” demək istəmirlər, amma edəcəklər. Əgər etməsələr körpüləri, elektrik stansiyaları, heç nələri qalmayacaq”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp jurnalistlərə açıqlamasında deyib.
“Davam etməyəcəyəm, çünki bu ikisindən daha pis şeylər var. Əgər bu məndən asılı olsaydı, nə edərdim? Nefti götürərdim. Çünki neft oradadır və götürülə bilər. Təəssüf ki, Amerika xalqı bizim evə qayıtmağımızı istəyir. Əgər mənim istəyim olsaydı, nefti götürər, özümə saxlayardım və çoxlu pul qazanardıq”-deyə Tramp vurğulayıb.
O deyib ki, İran nefti əlində olsaydı İran xalqına indiyə qədər qayğı göstərildiyindən daha yaxşı qayğı göstərərdi. “Seçimim olsaydı, nefti özüm üçün saxlayardım. Amma eyni zamanda ölkəmizin xalqını xoşbəxt etmək istəyirəm”.
Tramp nədənsə SEPAH-ın öldürülmüş rəhbəri Qasım Süleymanini xatırladıb: “Əvvəlcə Süleymanini aradan qaldırdıq. Əgər indi Süleymani olsaydı, hər şey tamamilə fərqli olardı. Biz qalib gələ bilərdik, amma daha çətin olardı”.
Jurnalistin ” İran xalqını bombalayarkən onlara qayğı göstərməkdən necə danışa bilərsiniz?” sualına Trampın cavabı maraqlı olub. “İran xalqı bomba səsi eşitmədikdə əsəbiləşir. Onlar bomba səslərini eşitmək istəyirlər, çünki azad olmaq istəyirlər. Və hazırda etiraz etməmələrinin yeganə səbəbi məlumdur. Onlara deyilib ki etiraz etməyə çıxsalar, dərhal güllələnəcəklər”.