“İran Trampa qarşı aktiv şəkildə sui-qəsd planlaşdırır”- “Politico”

Ən çox pul Amerikadadır
Ən çox pul Amerikadadır

“İranın kəşfiyyat xidmətləri aktiv şəkildə ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini planlaşdırır”.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazır.

Kəşfiyyat hesabatları ilə tanış olan mənbələr son aylarda yüksək vəzifəli məmurlara qarşı təhdidlərin əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər.

Kəşfiyyat hesab edir ki, İran general Qasım Süleymaninin öldürülməsinə görə qisas almaq üçün Tramp da daxil olmaqla keçmiş ABŞ rəsmilərinə qarşı aktiv əməliyyatlar planlaşdırmağa davam edir.

Nəşr onu da xatırladıb ki, İran ötən ilin yanvarında 50-yə yaxın ABŞ rəsmisinə sanksiya tətbiq edib. Onların arasında ölkə Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri Mark Milley də var. Tehran onları İraqda İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Süleymanini öldürməkdə ittiham edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.