İran və Çin XİN başçıları Rusiyada görüşüblər

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Rusiyada keçirilən BRİKS XİN rəhbərlərinin toplantısı ərəfəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, hər iki tərəf bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyini bəyan edib.

Baqeri Kani Pekin və Tehran arasındakı münasibətləri tarixi adlandırıb: “İran və Çinin ön planda olduğu çoxqütblü dünya qlobal problemlərin həlli olacaq”.

İran XİN başçısı həmçinin MAQATE-nin Rəhbərlər Şurasının sonuncu iclasında ölkənin mövqeyinə görə Çin tərəfinə təşəkkür edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.